İlham Əliyev 92,12% səslə qalib, Zahid Oruc isə yenə ikinci oldu-MSK NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİNƏ YEKUN VURDU – YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

Məsələ barədə MSK sədrinin Rövzət Qasımov məlumat verib. Qeyd edilib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər.

Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub.

Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, mediaya təşəkkür edib.

MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar.

Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.

17:33

***

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər açıqlanıb.

Bu, MSK-nın prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.

İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin topladığı səslər aşağıdakı kimidir:

– Zahid Oruc – 2,17 faiz (107 632 səs);

– Fazil Mustafa – 1,99 faiz (98 421 səs);

– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs);

– Razi Nurullayev – 0,80 faiz (39 643 səs);

– Elşad Musayev – 0,66 faiz (32 885 səs);

– Fuad Əliyev -0,54 faiz (26 517 səs).

Etikxeber.az

Read Previous

“Qisas” əməliyyatı Şəhidi Musa Alışovun-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ, KEÇDİYİ 19 İLLİK ŞƏRƏFLİ HƏYAT YOLUNDAN SÖZ AÇILIDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Cavanşir Quliyev əməliyyat olunacaq-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir