“İlham Əliyev Azərbaycanın şansıdır…” – MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

“Bu gün dövlət başçımız,  dünya azərbaycanlılarının Prezidenti cənab İlham Əliyevin növbəti doğum günüdür. Möhtərəm Prezidentimizin 56 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə cənab İlham Əliyevi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, ictimai-siyasi fəaliyyətində, şəxsi həyatında yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm. Fəxr edir və qürur hissi keçirirəm ki, İlham Əliyev kimi dünya miqyasında tanınan, qəbul edilən, sözü, çəkisi ilə hesablaşlan  müdrik və uzaqgörən bir dövlət rəhbərimiz var. İlham Əliyev Azərbaycanın şansı, hər birimizin uğurudur”.

 

ilham-olimpiya

Mehriban xanım-İlham-İlya

voley-ilhamm

Bunu Etikxeber.az-a açıqlamasında  Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

Azərbaycanın bugünkü inkişafının, dünya dövlətləri arasında çox üst mövqe tutmasının, xüsusi hörmətə, çəkiyə malik olmasının  İ. Əliyevin mərhum dövlət başçısı Heydər Əliyevin ideyalarını ən yüksək səviyyədə həyata keçirməsi və bu istiqamətdə gördüyü işlər nəticəsində mümkün olduğunu deyən J. Əliyevanın sözlərinə görə,  ölkə Prezidenti eyni zamanda, Azərbaycanın ən ağrılı və bir saylı problemi olan Qarabağ münaqişəsini dünya ictimaiyyətinə çatdırmaq və həll etmək istiqamətində yorulmadan fəaliyyət göstərir:

“Elə son hadisələr də  göstərir ki, cənab Prezidentin mövqeyi, fikirləri, apardığı siyasət dünyada əsas xarici siyasət istiqamətlərindən biri kimi qəbul olunur”.

islam-ilham-2

ilham-fond-1

ilham-novruz

su-ilham

55-ilham-11

ilham-26

ilham-pam-1

MM-in komitə sədrinin müavini onu da vurğulayıb ki,  ümumiyyətlə, Azərbaycan son illərdə xarici siyasətdə böyük uğurlara imza atıb.

J. Əliyevanın bildirdiyinə görə, məsələn, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi heç də təsadüfi deyil.

Millət vəkili qeyd edib ki,  Azərbaycan bu gün dünyada həm də tolerant, multikultural dövlət kimi tanınır, ölkəmiz dünya üçün böyük əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və humanitar forumlara ev sahibliyi edir, dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verir, terrorizmə qarşı beynəlxalq mübarizəyə fəal dəstək verir:

“Və bütün bunlar dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Ölkəmiz artıq dünyada multikulturalizm mərkəzi kimi tanınır və bu gün Azərbaycanın multikulturalizm modeli dünya dövlətləri tərəfindən öyrənilir. Azərbaycan, həmçinin Qərblə Şərq arasında, müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunu oynayır, müsəlman ölkələri arasında İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, həmçinin, Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun əyani  göstəricisidir”.

İ. Əliyevin apardığı məqsədyönlü, çevik, praqmatik siyasət nəticəsində Azərbaycanıb regionda, ümumən dünyada lider dövlətə çevrildiyini məmnunluq hissi ilə qeyd edən J. Əliyevanın qeyd etdiyinə görə,  Azərbaycan son illər  böyük beynəlxalq layihələrin həm təşəbbüskarı, həm də əsas iştirakçısı qismində çıxış edir:

 

Ilham ve Mehriban xanim

“Elə təkcə bu yaxınlarda işə salınan “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin beynəlxalq əhəmiyyətini nəzərə alanda Azərbaycanın dünya üçün nə qədər böyük işlər gördüyü, eyni zamanda, ölkəmizin rolu aydın görünür. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu, düşünülmüş və uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək, ölkəmiz həm xarici, həm də daxili siyasətdə daha da böyük uğurlara, zəfərlərə, qələbələrə imza atacaq. Azərbaycan hələ uzun illər İlham Əliyevlə gələcəyə, irəliyə doğru addımlayacaq. Buna  heç kimin şübhəsi olmasın və ola da bilməz”.

ilham-zekiyeb

frank-ilham

ilham-herb

jala-6

Etikxeber.az

Read Previous

Sevinc Fətəliyeva yazır: “Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir…”

Read Next

“Zərifə xanım dedi ki, bu vacib tədbir barədə heç kim bilməməlidir…” – VASİF BABAYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir