“İlham Əliyev hər birimizin fəxridir” – SONA ƏLİYEVA

SONA ƏLİYEVA: “İlham Əliyevin liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq”

SAHİB ALIYEV: “İlham Əliyevin prezidentliyə digər namizədlərin səsləndirdikləri haqlı tənqidlər və verdikləri önəmli təkliflərin də nəzərə alınacağını bildirməsi, məncə, az şey demir…”

Millət vəkilləri prezidentin andiçmə mərasimindəki çıxışını belə dəyərləndirdilər

“Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun!”

sahib_aliyev_054_436

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

“Prezidentin proqram xarakterli çıxışından gəldiyim nəticə budur ki, Qarabağ münaqişəsinin həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq”-deyən, millət vəkilinin sözlərinə görə, yəni, torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək:

“Bununla yanaşı cənab Prezidentin Ermənistanın özünün belə azərbaycanlıarın torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür. O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan yur-yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını da real sayır, onun üçün də nə lazımdırsa edir və edəcək.

and-3

İkinci gəldiyim nəticə budur ki, ölkədə- iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə biz xeyli yeniliklər görəcəyik. Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin səsləndirdikləri haqlı tənqidlər və verdikləri önəmli təkliflərin də nəzərə alınacağını bildirməsi, məncə, az şey demir…”.

Millət vəkili diqqətçəkən məqamlardan biri kimi də bütün sahələrlə bağlı konkret proqram və planların olmasını vurğulayıb:

“Bütün bu plan və proqramlar da onun üçün tərtib edilib ki, Azərbaycan Prezidentimizin özünün də dediyi kimi daha da qüdrətlənsin. Torpaqarı işğaldan tam azad olsun. Bütün azərbaycanlılar, o sıradan indi Ermənistan adlanan yerdən gələnlər də ev-eşiklərinə dönsünlər. Kimsə bunu real saymaya bilər. Amma istəyirəm biz 15 il bundan öncəyə qayıdaq o zamankı vəziyyəti xatırlayaq. Birinci elə cənab İlham Əliyevin özündən başlayaq. Hətta bəzi çox tanınmış əcnəbi ekspertlər belə proqnoz verirdilər ki, prezidentliyi 2-3 il çəkə ya çəkməyə”.

sona-5

“İlham Əliyevin nitqini dinlədikcə, bir daha prezidentimizlə, ona etimad göstərən, mandat verən xalqımızla, müdrik və qədirbilən Azərbaycan vətəndaşları ilə qürur duydum, fəxr etdim…”

 

Digər millət vəkili Sona Əliyeva da İ.Əliyevi parlamentdəki andiçmə mərasimindən sonra növbəti-7 il müddətinə prezidentlik fəaliyyətinə başlaması münasibəti ilə təbrik edib, dövlət başçısına Azərbaycan naminə bundan sonrakı fəaliyyətində və addımlarında da yeni uğurlar, zəfərlər arzulayıb:

“Ölkə Prezidenti cənab İlham Əliyev bu gün uzun illər yaddaşlarda qalacaq, unudulmyacaq proqram xarakterli geniş nitq söylədi, ciddi mesajlar səsləndirdi. Ölkəmizlə, xalqımızla, gələcək inkişafımızla, dünyamızla bağlı elə bir məsələ olmadı, elə bir məqam qalmadı ki, çıxışında ona toxunmasın, ona münasibət bildirməsin. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox dərin məzmunlu fikirlər bəyan etdi, yeni yanaşma ortaya qoydu. İlham Əliyevin nitqini dinlədikcə, bir daha prezidentimizlə, ona etimad göstərən, mandat verən xalqımızla, müdrik və qədirbilən Azərbaycan vətəndaşları ilə qürur duydum, fəxr etdim. Fəxr etdim və edirəm ki, belə bir xalqın övladıyım, belə bir müdrik rəhbərin, liderin prezidentlik etdiyi ölkənin vətəndaşıyam. İlham Əliyev bizim hər birimizin fəxridir, qürurumuzdur, iftixar mənbəyimizdir. Allah onu da, ailəsini də, Azərbaycanımızı da qorusun! İnanıram və qəti əminəmm ki, onun liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq. Azərbaycanımızın İlham Əliyevin liderliyi, rəhbərliyi altında böyük qələbələri, zəfərləri hələ qabaqdadır.Buna kimsənin şübhəsi olmasın”. 

Etikxeber.az

Read Previous

“Biz bunu kiminsə xoşuna gəlmək üçün yox…” -İLHAM ƏLİYEV- YENİLƏNİB

Read Next

“Bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik” – PREZİDENT – FOTO-YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir