İlham Əliyev Şarl Mişel və Fon der Lyayeni təbrik etdi…

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az-ın məlumatına əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayeni də təbrik edib.

lyayen

Məktubda bildirilir: “Hörmətli xanım Fon der Lyayen, Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

Etikxeber.az

Read Previous

“Bu məsələlərlə İlham Əliyev və Mehriban Əliyeva məşğul olmalıdır?” – DEPUTAT NAZİRƏ “İSTEFA” ÇAĞIRIŞI ETDİ

Read Next

Deputat “əyalət universitetləri”nə niyə minnətdarlıq etdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir