İnflyasiyanı nəzarət altında saxlanılması çox vacibdir.
Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb”.
Etikxeber.az məlumat verir ki, bunu bu gün maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini deyib ki, növbəti 2-3 ayda da bu prosesin nəzarət altında saxlanılacağına ümid edirlər:
“İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transefertlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.
Qeyd edək ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az