“İşğalçı dövlət, eləcə də, ATƏT-in Minsk qrupu Azərbaycan Prezidentinin son xəbərdarlığından ciddi nəticə çıxarmalıdır”-MİLLƏT VƏKİLİ

Atəşkəs rejimini pozmaqla, növbəti dəfə təxribata əl atmaqla, Azərbaycan sərhədlərini, konkret olaraq, Tovuz istiqamətində sərhədlərimizi pozmaqla işğalçı və təcavüzkar Ermənistan bir daha hamılıqla qəbul edilmiş beynəlxalq hüququn norma və qaydalarına məhəl qoymadığını, işalçı və təcavüzkar mahiyyətindən bir addım olsun belə, geri cəkilmədiyini göstərdi. Dünən günorta saatlarından başlayan və bütün gecəni, eləcə də, bu gün davam edən təxtibatçılıq və fitnəkarlıq hərəkətləri Ermənistanın Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllində qətiyyən maraqlı olmadığını, əksinə, hər vəchlə danışıqların pozulmasına, konfliktin uzadılmasına çalışdığını sübuta yetirmiş oldu. Ancaq Ermənistanın bu təxribatçılıq və fitnəkarlıq əməlləri də cəzasız, cavabsız qalmadı. Azərbaycan Ordusu, Azərbaycan əsgəri necə lazımdırsa, işğalçı dövlətin və onun cinayətkarlardan, quldurlardan ibarət silahlı birləşmələrinin layiqli cavabını verdilər. Azərbaycan Ordusu bir daha nümayiş etdirmiş və sübut etmiş oldu ki, Ermənistanın istənilən təxribatının, hücumunun cavabı veriləcək, bu cinayətkar, qanlı əməllər qətiyyətlə dəf ediləcək, həmçinin, daha ağır bədəllər ödəyəcəklər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, bunu dünəndən bu yana Ermənistanda yaşanan panika, qorxu və həyəcan açıq şəkildə göstərməkdədir.

“Nə qədər gizlətməyə, pərdələməyə, ört-basdır etməyə çalışsalar da, alınmır, həmçinin, sadə insanlar Ermənistan rəsmilərinin açıqlamalarına, rəsmi mətbuatın yaydıqlarına inanmırlar. Sıravi, sadə insanlar bilirlər ki, Ermənistanın bu addımları ölkənin onsuz da ağır olan vəziyyətini daha da ağırlşaşdıracaq, onu daha da çıxılmaz və fəlakətli duruma salacaq. Çünki onlar Azərbaycanın gücünü, qüdrətini, Azərbaycan Ordusunun nələ qadir olduğunu anlamağa başlayıblar. Ən azı Aprel döyüşləri və Cünnüt əməliyyatı nümunəsi ortadır. Eləcə də, dünən günortadan yaşananlar, düşmən tərəfin itkiləri budəfəki döyüşlərin Ermənistanı hər mənada məhvə doğru yuvarlada bilər. Əslində irtica, diktatura rejiminin başçısı olan Nikol Paşinyan sərhəddə bu cür gərginliyə, təxribata rəvac vermnəklə, diqqəti daxili problemlərdən, xüsusilə də, qarşısında aciz qaldıqları pandemiyadan və onun fəsadlarından yayındırmağa çalışır, amma istədiyi baş tutmur, planları, hesabları düz çıxmır, alınmır. Bu isə həm onun, həm bütövlükdə Ermənistanının vəziyyətini daha da dözülməz edir.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu gün Təhlükəsizlik Şurasının iclasında da bəyan etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib, ancaq işğalçı Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib.

“Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir“-deyən ölkə Prezidenti onu da bildirdi ki, bu ölkədə daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Həmçinin, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur.

Bununla yanaşı, Ali Baş Komandan bir daha Azərbaycanın qətiyyətli mövqeyini ifadə edərək, bildirdi ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Bu bəyanat, bu fikirlər hesab edirəm ki, həm işğalçı ölkə, həm ona havadarlıq edənlər, həm də ATƏT-in Minsk qrupu üçün bir sıqnal, bir xəbərdarlıqdır. Onlar mütləq şəkildə bundan nəticə çıxarmalıdırlar, xüsusilə, ATƏT və Minsk qrupu, həmsədrlər Ermənistanı durdurmalı, onu cəzalandırmalıdırlar. Etməsələr, bütün məsuliyyət onların üstünə düşəcək, Ermənistan isə daha ağır bədəllər ödəməli olacaq“-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib”-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Read Next

“Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi…”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir