İspaniya, İtaliya və Fransa çempionatlarında – OYUNLAR VƏ NƏTİCƏLƏR

İtaliya A seriyasında III tur davam edir.

Etikxeber.az xəbər verir ki, turun daha 6 matçı keçirilib.

“Breşia” – “Bolonya” matçında 7, “Roma” – “Sassuolo” oyununda 6 qol vurulub. Hər iki görüşdə qalib tərəf 4 dəfə rəqib qapısına yol tapıb. Romalılar evdə, Bolonya təmsilçisi səfərdə sevinib.

 “Atalanta”, “Latsio” və “Kalyari” də günü üç xalla bitiriblər. “Milan” səfərdə “Verona”nı bir qolla üstələyib.

Qeyd edək ki, tura sentyabrın 16-da yekun vurulacaq.

İtaliya A seriyası

III tur

15 sentyabr

“Cenoa” – “Atalanta” – 1:2
Krişito, 90 (pen.) – Muriel, 64 (pen.). Zapata, 90+2
“Breşia” – “Bolonya” – 3:4
Donnarumma, 10, 19, Çistana, 42 – Beni, 36, Palasio, 56, Dansvil, 60, Orsolini, 80
“Parma” – “Kalyari” – 1:3
Barilya, 58 – Kapitelli, 23, 39, Simeone, 77
“Latsio” – “Spal” – 2:1
Petanya, 63, Kurtiç, 90 – İmmobile, 17 (pen.)
“Roma” – “Sassuolo” – 4:2
Kristante, 12, Dzeko, 19, Mxitaryan, 22, Klyuvert, 33 – Berardi, 53, 72
“Verona” – “Milan” – 0:1
Pyatek, 68 (pen.)

Fransa Liqa1-də isə V tur başa çatıb.

Turun son günündə 3 qarşılaşma keçirilib.

“Nant” öz meydanında “Reyms”i üstələyib. “Monako” məhsuldar keçən görüşdə “Marsel”ə uduzub.

 Günün yeganə heç-heçəsi “Sent Etyenn” – “Tuluza” qarşılaşmasında qeydə alınıb. Hərəyə 2 qol vuran komandalar 1 xalla kifayətləniblər.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 20-22-də baş tutacaq.

Fransa Liqa1-i

V tur

15 sentyabr

“Nant” – “Reyms” – 1:0
Kulibali, 69
“Sent Etyenn” – “Tuluza” – 2:2
Hamouma, 45, 56 – Qradel, 15 (pen.), İseka, 24
“Monako” – “Marsel” – 3:4
Ben Yedder, 17 (pen.), 26, Balde, 75 – Benedetto, 38, 66, Jermen, 41, Paye, 61.

İspaniya La Liqasında da IV tur başa çatıb.

Tura üç qarşılaşma ilə yekun vurulub.

“Qranada” “Selta”nı iki cavabsız qolla məğlubiyyətə uğradıb. Digər iki görüşdə qalib müəyyənləşməyib. “Valyadolid” – “Osasuna” və “Betis” – “Xetafe” matçlarında eyni – 1:1 hesabı qeydə alınıb.

 Xatırladaq ki, günün ilk iki matçında “Sevilya” “Alaves”i 1:0, “Espanyol” “Eybar”ı 2:1 hesabı ilə yenib.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 20-22-də keçiriləcək.

İspaniya La Liqası

IV tur

15 sentyabr

“Selta” – “Qranada” – 0:2
Sançes, 45, Errera, 54
“Valyadolid” – “Osasuna” – 1:1
Hervias, 65 – İbanes, 81
“Betis” – “Xetafe” – 1:1
Xoakin, 73 (pen.) – Mata, 15 (pen.)

Etikxeber.az

Read Previous

“Qarabağ” “Neftçi”ni, “Səbail” “Keşlə”ni məğlub etdi – NƏTİCƏLƏR

Read Next

İzdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək – İĞDIRDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir