İstefası tələb olunan deputat- PAYIZ SESSİYASININ SƏHƏR İCLASINDA GÖRÜNMƏDİ – İSTEFA VERDİ – YENİLƏNİB – (1)

Adı borc və deputatlıq vəsiqəsinin girov qoyulması qalmaqalında  hallanan millət vəkili Rafael Cəbrayılov parlamentin payız sessiyasının bu gün öz işinə başlayan ilk plenar toplantısının səhər iclasına qatılmadı.

Etikxeber.az-ın xəbərinə görə, belə ki,  məlum qalmaqaldan sonra R. Cəbrayılovun deputatlıq səlahiyyətinin ləğv olunacağı yönündə fikirlər və çağırışlar səslənirdi.
Bir çox deputatlar, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan parlamentarilər R. Cəbrayılovu istefa verməyə səsləyirdi.
Bu səbəbdən də, millət vəkilinin özünün könüllü şəkildə istefa verəcəyi gözlənilirdi.
Deputatın iclasa qatılmaması isə bu ehtimalı daha da gücləndirmiş oldu.
***
Gözlənildiyi kimi də oldu.
R. Cəbrayılov özü deputat mandatından və səlahiyyətlərindən imtina etdi.
Bu haqda spiker Oqtay Əsədov məlumat verdi.
O, qeyd etdi ki, millət vəkili bununla bağlı Milli Məclisə (MM) müraciət edib.
Müraciəti isə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatlara çatdırdı.
Komitə sədri R. Cəbrayılovun Azərbaycvan xalqından və seçicilərindən üzr istədiyini və könüllü şəkildə mandatından imtina etdiyini bildirdi.
***
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə həmkarlarını bu məsələ ətrafında müzakirə açmamağa çağırdı.
Komitə sədri bildirdi ki, məlum olayla bağlı R. Cəbrayılov öz könüllü addım atıb, deputat mandatından imtina edib və buna görə həmin məsələnin ətrafında geniş müzakirələrə ehtiyac yoxdur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Parlamentin payız (büdcə) sessiyası – BAŞLADI – YENİLƏNİB

Read Next

Təhsil kreditlərinin “bəxti” açılır – SPİKER DEPUTATLARI QANUN LAYİHƏSİNİ PARLAMENTƏ GÖNDƏRMƏYƏ ÇAĞIRDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0