Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlanmalıdır.
Etikxeber.az-ın məlumatına görə, bu təkliflə parlamentin payız sessiyasının ilk iclasında deputat Əli Məsimli çıxış edib.
Millət vəkili bildirib ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər.
“Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az