“İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər”, “Xarı bülbül”, “İpək yolu” və “Odlar yurdu”-SAHİBƏ QAFAROVA SƏRƏNCAM İMZALADI

Milli Məclisin (MM) Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.

Bununla yanaşı, bildirmək istəyirik ki, MM-n inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların  nailiyyətlərindən istifadə etməyə imkan verən plenar İclas zalı və müstəqil Azərbaycanın memarı olan ümumilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.

Etikxeber.az

Read Previous

“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər!”-MEHRİBAN ƏLİYEVADAN MİNNƏTDARLIQ

Read Next

Ermənistanın növbəti PUA-sı-MƏHV EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir