Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi – PJB-DƏN NƏCİB ADDIM

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatımızın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

Etikxeber.az xəbər verir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfikiləri müzakirə olunub.

Müzakirələrdə jurnalistlər Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirib.

PJB üzvləri “Şirməmməd Hüseynov mükafatı” təsis etməyi qərar veriblər.

Mükafat gələn ildən etibarən veriləcək.

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

modern.az_67298131_1316882068480937_4641471126998876160_n_326

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MƏLİKASLANOV KÜÇƏSİNDƏ RAMİZ MƏLİKASLANOVLA – Akademik yazdı – FOTOLAR

Read Next

“Leyla Yunusun danışmağa heç bir haqqı çatmır” – AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir