Kərimov AXC hakimiyyətini niyə sevmirdi? – “Çünki özbək disidentlərinə sığınacaq vermişdi “

 

Elcibey ve Kerimov

“İslam Kərimov AXC hakimiyyətini sevmirdi. Onun həmin dövrdəki AntiAzərbaycan mövqeyinin səbəbi var idi. AXC hakimiyyəti dövründə Azərbaycan özbək disidentlərinə sığınacaq vermişdi və onları himayə edirdi”.

Etikxeber.az xəbər verir ki, bunu hüquq müdafiəçisi, AXC hakimiyyəti dövründə icra başçısı və PA-nın şöbə müdiri işləmiş Sahib Məmmədov deyib.

Onun dediyinə görə, Ərk (Özbəkstan Demokrat Partiyası) fəallarının bir çoxu Bakıda yerləşdirilmişdi.

“Yerləşdirmə işini AXC sədrinin müavinlərindən biri (adını yazmıram-bilənlər bilir) koordinasiya edirdi. Mən də Yasamal rayonunda onlara mənzillər ayırmışdım (təbii ki, göstəriş əsasında). İslam Kərimov Azərbaycana bir növ mühacirətdə olan özbək müxalifətinin dəstəkçisi kimi baxırdı. Açığı bir az da əsası var idi. O vaxt AXC hökuməti bunu düz edirdi və ya şəhf, bu barədə heç nə yazmıram. Sadəcə, olmuş hadisəni qeyd edirəm”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Obama-Ərdoğan görüşündə “FETÖ anlaşması” baş tutacaqmı?

Read Next

Düşmən atəşkəsi 19 dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir