“Kənara çəkilməyə nə var ki?!” – PARTİYA SƏDRİ “30 İLLİYİ”NDƏN YAZDI, QINADI

Bugünlərdə böyük siyasətə gəlişimin 30 ili tamam olur.

30 il əvvəl AXC Zaqatala rayon təşkilatının 3500 üzvünü təmsil edən 350 nümayənin gizli səsverməsi yolu ilə (əleyhimə 1 səs olmaqla) AXC Ali Məclisinin üzvü seçildim.

88-ci ildə Bakı mitinqlərində də tələbə olaraq fəal iştirak etməyim, kürəyimə ilk dəfə “rus dubinkası” nın 88-ci ilin noyabr ayının 16- da Sabir bağındakı mitinq dağıdılarkən dəyməsi isə böyük siyasətə gəlişimi hesabladığım dövrdən əvvəl baş verib.

Bəzən bizə irad tuturlar ki, 30 ildir ortsdasınız, niyə kənara çəkilmirsiz?

Mən də deyirəm, 30 il bu ağır şərtlər altında əksər dövrlərdə siyasi müxalifət olaraq duruş gətirməyi asanmı bilirsiz?

Kənara çəkilməyə nə var ki?!

Nə olaydı ki, bizimlə başlayanlar bu yolu heç olmasa 5 il, 10 il bizimlə bərabər davam etdirəydi.

İndi tamam başqa, arzularımızın reallaşdığı cəmiyyətdə yaşayardıq.

ariffff

Arif HACILI,

Müsavat Partiyasının başqanı

Etikxeber.az

Read Previous

“Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – HADİ RƏCƏBLİ ÇİNDƏN SƏSLƏNDİ – FOTOLAR

Read Next

Türkiyədə qanlı terrakt – 4 NƏFƏR ŞƏHİD OLDU, 13 NƏFƏR YARALANDI – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir