Kamilə Əliyeva Zaqatalada-ŞƏHİD AİLƏSİNDƏ OLDU, Balakəndə ŞƏHİDLƏR LÖVHƏSİNİN AÇLIŞINDA İŞTİRAK ETDİ – FOTOLAR

Fevral 9-da keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Kamilə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd yanvarın 23-də Zaqatalanın Danaçı kəndində Şəhid ailəsini ziyarət edib.

Eyni zamanda, Balakən rayonunun Kortala kəndinin 15 Şəhidinin xatirəsinə həsr olunmuş lövhənin açılışında iştirak edib.

Deputatlığa namizəd səhidlərin öz ölümləri, qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduğunu, onların ruhən bizlərlə olduğunu, yaşadığını bildirib.

Qeyd edib ki, şəhidlər xalqımızın baş taçı, milli fəxr və qürur mənbəyidir, onların uyuduqları məzarlar, şəhidlər xiyabanları müqəddəs and yerimizdir.

“Şəhidlər unudulmayıb, unudulmur və heç zaman da unudulmayacaq. Onlar bizim qəlbimizdə, ruhumuzda yaşayırlar”-deyə, K. Əliyeva əlavə edib.

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadənin görüşləri-İZDİHAMLI ŞƏKİLDƏ DAVAM EDİR – FOTOLAR

Read Next

Jalə Əliyeva seçicilərlə yenidən bir araya gəldi, AZƏRBAYCANA QARŞI YERİDİLƏN İKİLİ STANDARTLARA ETİRAZ ETDİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir