“Kapital Bank”ın şefinin qardaşı icra başçısı oldu – SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Elxan Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Qeyd edək ki, yeni icra başçısı “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Onu da qeyd edək ki, bundan öncə Binəqədinin icra başçısı vəzifəsini Xaləddin İsgəndərov tuturdu.

Etikxeber.az

Read Previous

Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? – ETİRAZ

Read Next

Torpaqların istifadəsi və təyinatı ilə bağlı yeni qanun olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir