Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.
Federasiyadan Etikxeber.az-a bildiriblər ki, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib.
Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nakauta salaraq qələbə qazanıb.
Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.
Etikxeber.az