Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Premyer Liqasında qış fasiləsi yaranan kimi klublar heyətlərini gücləndirməklə bağlı fəaliyyətə başlayıblar.
Etikxeber.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu mənada debütant “Səbail” ilk günlərdə fəallıq nümayiş etdirir.
Üç əcnəbi və bir yerli futbolçu ilə vidalaşan bakılılar “Neftçi”nin 2 gənc oyunçusunu da icarəyə götürüb. “Sumqayıt” Elnur Abdullayev, “Kəpəz” isə Murad Səttarlı ilə anlaşıbsa, digər komandalar hələlik yalnız heyətlərində “təmizləmə işləri” aparmaqla məşğuldular.
Əlavə edək ki, Azərbaycanda qış “transfer pəncərəsi” rəsmən 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.
“Qarabağ”
Gələn: Yoxdu
Gedənlər: İbrahim Aslanlı (“Zirə”), Elşən Abdullayev (“Zirə”: icarəyə)
Müqavilə müddətini artıran: Yoxdu
“Qəbələ”
Gələn: Təmkin Xəlilzadə (“Zirə”)
Gedənlər: Roman Hüseynov (“Kəpəz”: icarəyə), Aqil Məmmədov (“Neftçi”), Ekiqo Ehiosun, Tellur Mütəllimov (“Zirə”)
Müqavilə müddətini artıran: Vojislav Stankoviç
“Zirə”
Gələnlər: İbrahim Aslanlı (“Qarabağ”), Elşən Abdullayev (“Qarabağ”: icarəyə), Mirsahib Abbasov (“Keşlə”), Tellur Mütəllimov (“Qəbələ”)
Gedənlər: Murad Səttarlı (“Kəpəz”), Nicat Qurbanov (“Sumqayıt”), Qabriel Matey (“Bruk-Bet Termalitsa”, Polşa), David Manqa, Təmkin Xəlilzadə (“Qəbələ”)
Müqavilə müddətini artıran: Yoxdu
“Sumqayıt”
Gələnlər: Elnur Abdullayev (“Keşlə”), Nicat Qurbanov (“Zirə”)
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
“Neftçi”
Gələnlər: Aqil Məmmədov (“Qəbələ”), Təyyar Məmmədov (“Səbail”: icarədən qayıdıb)
Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi “Səbail”), Fəhmin Muradbəyli (“Səbail”: icarəyə), Məqsəd İsayev (“Keşlə”), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Sabah”: icarəyə), Edson Kastilyo
Müqavilə müddətini artıran: Yoxdu
“Səbail”
Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi “Neftçi”), Fəhmin Muradbəyli (“Neftçi”: icarəyə)
Gedənlər: Təyyar Məmmədov (“Neftçi”: icarə müddəti başa çatıb), Tanrıverdi Məhərrəmli (“Xəzər”), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə
Müqavilə müddətini artıran: Yoxdu
“Keşlə”
Gələnlər: Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev (“Neftçi”), Kamran Ağayev (“Mlada”, Çexiya), Pablo Podio (“Fastav”, Çexiya: icarəyə), Vaqif Cavadov
Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev (“Sumqayıt”), Samir Zərgərov (“Kəpəz”), Mirsahib Abbasov (“Zirə”), İlkin Qırtımov, Nizami Hacıyev, Mirhüseyn Seyidov
Müqavilə müddətini artıran: Yoxdu
“Kəpəz”
Gələnlər: Murad Səttarlı (“Zirə”), Roman Hüseynov (“Qəbələ”: icarəyə), Samir Zərgərov (“Keşlə”)
Gedənlər: Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl
Müqavilə müddətini artıran: Yoxdu
Etikxeber.az