“Kiminlə işləyib, işləməyəcəyinə prezident özü qərar verir” – MİLLƏT VƏKİLİ

Prezidentin fərman və sərəncamları, xüsusilə, kadr məsələləri ilə bağlı qərarları hər hansı müzakirəyə, dartışmaya açıq olan bir məsələ deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, kadr məsələləri, təyinatlar prezidentin konstitusion hüququdur və bu məsələyə heç kim qarışa bilməz.

kamilya

“Ölkə prezidenti kiminlə işləyib, işləməyəcəyinə özü qərar verir. Kimi məsləhət biləcək, onunla işləyəcək, kimi məsləhət bilməyəcək, işindən razı qalmayacaq, onunla yollarını ayıracaq. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq. Ancaq mən heç cür anlaya bilmirəm ki, niyə bəziləri onlara aid olmayan məsələlərə müdaxilə edir, bilmədikləri məsələləri yalan-yanlış şəkildə təqdim etməyə çalışırlar?

Onlar öz yalanlarına özlərinin inanmadıqları halda, başqalarını necə öz yalanlarına inandıracaqlar? Görəsən, onlarda bir dəfə olsun belə, məntiq, düşüncə deyilən bir şey olacaqmı? Hər halda bu, onların problemidir, bizim problemimiz deyil. Azərbaycan dövləti, dövlət başçısı öz yolunda, öz işindədir, Azərbaycan gündən-günə inkişaf, tərəqqi etməkdədir, hər bir sahədə islahatlar eninə və uzununa dərnləşməkdədir.

Elə son 3-4 gün yaşananlar hər şeyi bir daha gözlər önünə sərir. Minimum əməkhaqqının, maaşların, pensiyaların artırılması və digər addımlar Azərbaycanın hansı inkişaf mərhələsində olmasının əyani göstəricisidir. Yəni, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti xalqına bu cür xidtmət yolunu tutmaqdadır və bu prosesin davamı da gələcək. Kimsənin buna şübhəsi olmasın”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, prezidentin səlahiyyətində olan bir məsələdir” – DEPUTAT SON TƏYİNATLAR HAQDA

Read Next

Asəf Hacıyevdən və Eldar Quliyevdən gürcülər və girovlarla bağlı – AÇIQLAMALAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir