“Kimsə indiyədək Allahşükür Paşazədənin İranın erməni separatizminə dəstək verməsinə etiraz etməsinin şahidi oldumu?”- MÜSAVAT BAŞQANINDAN ŞEYXÜLİSLAMA SƏRT İTTİHAMLAR

İndi Dağlıq Qarabağ ərazisi silahlı quldur dəstələrinin nəzarəti altındadır. Orada mövcud olan rejim mahiyyətcə Yaxın Şərqdə bəzi əraziləri qanunsuz silahlı dəstələr vasitəsi ilə nəzarətdə saxlayan İŞİD-lə eynidir. Bu qüvvələrə dəstək vermək beynəlxalq terrorizmə dəstək vermək deməkdir. Amma, İran hakimiyyəti bundan çəkinmir. Aşkar şəkildə Qarabağda olan tanınmamış, terrorçu rejimə dəstək verir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edib ki, bunların müqabilində Azərbaycan hakimiyyəti İrana qarşı səsini çıxarmır.

“Hökümət bir yana, kimsə indiyədək Seyxülislam Allahşükür Paşazədənin İranın erməni separatizminə dəstək verməsinə etiraz etməsinin şahidi oldumu? O bir dəfə beynəlxalq birliyi, elə İranı məsələn; Qarabağda müsəlman abidələrinin, qəbirlərinin dağıdılmasına etiraz bildirməyə, buna görə hansısa tədbirlər görməyə çağırdımı? İndi Allahşükür Paaşazadə Amerika prezidentindən İrana qarşı sanksiyaların ləğv olunmasını xahiş edir. İlham Əliyev tez-tez 5-ci kalondan, xarici qüvvələrə xidmət edənlərdən danışır… 5-ci kalon, Qarabağ separatçılarına dəstək verənlərin müdafiəsinə qalxan daxili qüvvə ortadadır. O qədər arxayınlaşıb ki, leqal fəaliyyətə keçib”-deyən A. Hacılı hakimiyyəti Şeyxülislamla bağlı tədbir görməyə səsləyib.

Etikxeber.az

Read Previous

“Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür…”-FATMA YILDIRIM

Read Next

Vilyam Hacıyev icra başçılığından kənarlaşdırıldı-MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI, HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir