“Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlıqları və müzakirələri-NƏ VAXT OLACAQ?

Məlum olduğu kimi, 6-cı çağırış Milli Məclisin (MM) yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən qanun layihələri arasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi də var.

Qeyd edək ki, “Kinematoqrafiya haqqında” mövcud və köhnə qanunun qəbulundan 22 il keçir.

Adıçəkilən qanun birinci çağırış MM dövründə, 1998-ci ildə qəbul olunub.

Bu baxımdan, reallıqlara, dövrün tələblərinə uyğun olaraq, yeni qanun layihəsinin hazırlanmasına və qəbuluna ehtiyac duyulur.

Onu da xatırladaq ki, 4-cü və 5-ci çağırış MM-lər dövründə kinematoqrafiya ilə bağlı yeni qanun layihəsinin hazırlıqları yönündə müzakirələr açılsa da, hətta, yeni qanun layihəsinin Mədəniyyət komitəsində (akademik Rafael Hüseynovun sədrliyi dönəmində) ilkin müzakirələri keçirilsə də, sonra sənədin hazırlıqları dayandırılıb.

Maliyyə, gömrük rüsumu, vergi güzəştləri və sair məsələlərə görə Maliyyə Nazirliyi, keçmiş Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə Mədəniyyət Nazirliyi və Mədəniyyət komitəsi arasında razılıq əldə etmək mümkün olmayıb.

Bəs görəsən, 6-cı çağırış MM dövründə, yaz sessiyasının gedişində kinematoqrafiya ilə bağlı yeni qanun layihəsinin hazırlıqları və müzakirələri baş tutacaqmı?

MM-dən Etikxeber.az-a verilən məlumatda bir daha bildirilib ki, adıçəkilən sənədin qəbulu çox vacibdir.

“Ancaq koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə, mövcud karantin şərtlərinə görə, bu sənədin ilkin müzakirələri hələlik baş tutmur. Çünki, bu, elə bir sənəddir ki, onun hazırlıqları və müzakirələri onlayn deyil, birbaşa, canlı təmas şəklində olmalıdır. Xüsusilə də, bu yöndə mütəxəssislərlə və ekspertlərlə birlikdə canlı müzakirələr aparılmalıdır. Ona görə mayın 4-dən, karantin rejimi başa çatdıqdan sonra bu məsələ ilə də bağlı ilkin addımların atılması gözlənilir”-deyə, MM-dən sonra bildirilib.

Etikxeber.az

Read Previous

MM-in Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin təşəbbüsünü dəstəkləri və ÇAĞIRIŞ ETDİ…

Read Next

“Gəlsinlər pul qoysunlar, yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər, gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir…”- PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir