Kinonu onsuz təsəvvür etmək mümkünsüzdür…- Qənirə Paşayeva yazır – FOTOLAR

Azərbaycan kinosunu onsuz təsəvvür etmək, sadəcə, mümkünsüzdür. “Dədə Qorqud” da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik.

Onun yaratdığı bütün rollar sevilirdi çünki o qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illəərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi. Yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, az görünməyə başladı televiziya ekranlarında amma heç kəs onu unutmadı, ona sevgi azalmadı.

23561677-

23658804_n

Bu gün neçə saat söhbət necə keçdi heç xəbərimiz olmadı.

Sözün əsl mənasında dərdləşdik Rasim müəllimlə.

Nəsimi ruhlu, dünyagörüşlü bir ziyalı ilə söhbət təbii ki maraqlı idi. Rasim müəllim inşallah sağlamlığına da qısa zamanda inanırıq ki tam qovuşacaq.

Onun əsas dərmanı isə insanların sevgisi olacaq yenə.

Oturduğumuz məkandan ayrılanla insanların yaxınlaşıb necə böyük sevgi ilə onunla danımaq istəməsi, şəkil çəkdirmək marağı bir daha göstərirdi ki, o, Azərbaycan mdəniyyəti tarixində hər zaman yaşayacaq.

Söhbətimiz o qədər maraqlı idi ki, haməıız qatılmalı olduğumuz tədbirdən imtina etdik, zəng edib üzr dilədik.

Əziz Jalə xanım var olun!Mehmet bəy təşəkkürlər.

Rasim müəllim siz hələ uzun illər yaşayacaqsınız, rollar da yaradacaqsınız.

Sizinlə hələ neçə-neçə filmlər tamaşaçıları düşündürəcək, bəzən sevindirib bəzən kədərləndirəcək.

Siz Azərbaycana, konumuza çox lazımsınız və özünüzü daha da çox qorumalısınız.

Sizə ilk öncə möhkəm can sağlığı arzulayırıq və buna tezliklə tam qovuşacağınıza da.

Qənirə Paşayeva,

Millət vəkili 

Etikxeber.az

 

Read Previous

“Eurovision – 2018” mahnı müsabiqəsinə biletlərin satış tarixi açıqlanıb

Read Next

3-cü “Türk filmləri həftəsi”nin açılışı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir