Kollektiv müqavilə imzalandı – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələri ilə 2019-2021-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.

Etikxeber.az-ın xəbərinə görə, imzalanma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və Bakı şəhərinin rayonlar üzrə Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitələrinin sədrləri iştirak ediblər.

İdarə müdiri Rəşad Tağıyev çıxışı zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib və işlərində uğurlar arzulayıb.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BŞTİ və ATİAHİ Bakı şəhərinin rayon komitələri ilə 2019-2021-ci illər üzrə bağlanan Kollektiv Müqavilənin şərtləri barədə ətraflı məlumat verib.

Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

Etikxeber.az

Read Previous

Prezident Gənclər Fonduna 4 milyon ayırdı

Read Next

“Mənə güc verən vətəndaşların dəstəyidir… ” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0