Komandalarımızın dünya çempionatının ikinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Lüksemburqda 2018-ci ildə təşkil olunacaq voleybol üzrə dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Etikxeber.az  xəbər verir ki, qadın və kişilərdən ibarət milli komandalarımızın da rəqibləri müəyyənləşib.

Qadınlardan ibarət yığmamız “E” qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun görüşləri gələn il mayın 30-dan iyunun 4-dək Azərbaycanda keçiriləcək.

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq. Bu komandalar arasındakı görüşlər mayın 23-28-də Fransada oynanılacaq.

Etikxeber.az

Read Previous

Güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazanıblar

Read Next

Terraktlar planlaşdıran silahlı dəstə zərərsizləşdirildi, iki nəfər öldürüldü – DTX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir