Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Beynəlxalq təşkilatların müşahidəçiləri referendumda seçici fəallığının yüksək olduğunu xüsusi vurğulayıblar”.
Etikxeber.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb:“Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Yerli müşahidəçilər də geniş müşahidə missiyası həyata keçiriblər. İki gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Ondan sonra protokollara əsasən ilkin nəticələri internet səhifəmizə yerləşdirəcəyik. Ən geci 25 gün ərzində prosesə yekun vurulacaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.
MSK sədri sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: “O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, həmin məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Həmin komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar”.
Etikxeber.az