Komitə sədrindən spikerə irad… – YENİLƏNİB – (2)

Bələdiyyələrin qanunsuz torpaq satışının qarşısı alınıb- NAZİRLİK

Milli Məclisin (MM) fevralın 13-də keçirilən plenar  iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsi keçirilib.

vilayat

Etikxeber.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub:

“Bələdiyyələrlə iş iki istiqamətdə aparılıb və uğurlu nəticələr əldə edilib. Xüsusilə bələdiyyə qulluqçularının Etik davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını və bundan sonra da oynayacağını bildirib”. O, qeyd edib ki, bu günə kimi  65 minə yaxın bələdiyyə aktı daxil olub və onların qanunverciliyə uyğunluğu yoxlanılıb, bəziləri dəyişdirilməsi üçün geri qaytarılıb: “1979 aktın ləğvi və ya dəyişdirilməsi qərara alınmışdı ki, nəticədə onlardan 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Qalanları ilə bağlı müzakirələr davam edir. Həmçinin, bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edilib. Artıq 24 faktla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq sənədlər göndərilib.15 fakt üzrə cinayət işi başlanılıb. Bütövlükdə 2636 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb”. Nazir müavini qeyd edib ki, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2170 bələdiyyə aktı eskpertizadan keçirilib. Onlardan 1 akt qanunsuz olduğu üçün ləğv edilib.

***

elmira-2

Deputat: “Bələdiyyələr yerli icra qurumlarından çəkinirlər, çünki…”

Müzakirələr zamanı millət vəkili Elmira Axundova bəzi bələdiyyələri yerli icra hakimiyyətlərindən çəkinməkdə və onlardan asılılıqda qınayıb:

“Bir çox bələdiyyələr təşəbbüskarlıq göstərmirlər, yerli icra hakimiyyətlərindən çəkinirlər. Daha doğrusu, icra hakimiyyətlərindən asılı vəziyyətdə olurlar. Bu, yolverilməzdir. Bələdiyyələr müstəqil olmalı, təşəbbüslərlə çıxış etməli, fəaliyyətlərini canlandırmalıdırlar”.

***

arif-rahimzade

Arif Rəhimzadə spikerə etiraz etdi
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə spiker Oqtay Əsədova etirazını bildirib. Buna səbəb isə V. Zahirovdan sonra çıxış üçün ona ilk olaraq söz verilməməsi olub:
“Əslində komitə sədri olaraq, ədliyyə nazirinin müavininin hesabatından sonra mənə ilk olaraq çıxış üçün söz verilməliydi. Amma verilmədi. Məsləhət sizindir, istəmirsinizsə, heç çıxış etmərəm də…”.
meclis-oqtayyyyy
Spiker  də öz növbəsində komitə sədrinin etiraz-iradı ilə razılaşmayıb və əlavə edib ki, sözü olsa, çıxış edə bilər.
***
QANİRA-MM
Qənirə Paşayeva: “Deyirlər ki, görək başçı nə deyəcək…”
Millət vəkili Qənirə Paşayeva da çıxışında bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsi-problemini qabardıb.
Millət vəkili qeyd edib ki, çünki bu gün səlahiyyət bölüsü məsələsində bir sıra problemlər yaşanmaqda, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənilməkdədir:
“Xüsusilə də, kənd yerlərində bir çox bələdiyyələrin səlahiyyətləri yox dərəcəsindədir. Onlardan soruşanda ki, niyə filan məsələni həll etmirsiniz, deyirlər ki, icra hakimiyyətinin, icra başçısının məsələyə münasibətini, cavabını gözləyirik, gözləyirik görək onlar nə deyəcək. Bu, düzgün deyil. Bu, bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsidir. Bələdiyyələr özləri də bu məsələdə az məsuliyyət daşımırlar. Çünki bir çox hallarda öz səlahiyyətlərini, hüquqlarını bilmirlər və nəticədə də vətəndaşlar əziyyət çəkməli olur. Bunlar aradan qaldırılmalıdır”.
Müzakirələrin sonunda hesabat səsə qoyulub və qəbul edilib.

 Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ramiz Rzayev Ali Məhkəmənin, Qasım Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edildi

Read Next

AMERİKANIN GÜRCÜ ORDUSU- Zahid Orucun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir