Koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında  koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.

Etikxeber.az

Read Previous

“Onlar nazir olmadılar, sənət insanlarına qarşı oldular…”-FİRUZƏ İBADOVADAN SƏRT SÖZLƏR

Read Next

Aydın Mirzəzadə Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsindən danışdı: “BÜTÜN TİBBİ PERSONAL TƏCİLİ ŞƏKİLDƏ İŞƏ ÇAĞIRILIB”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir