Küləkli hava şəraiti ilə əlaqədar – XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Agentlikdən Etikxeber.az-a bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır.

Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər. BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

Avroliqada da II təsnifat mərhələsi start götürür…

Read Next

Bakının bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir