Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin xatirəsinə həsr olunmuş-YUNAN-ROMA GÜLƏŞ NÖVÜ ÜZRƏ YARIŞ KEÇİRİLDİ, BƏDİİ HİSSƏDƏ İSƏ ŞEİRLƏR, MAHNILAR SƏSLƏNDİRİLDİ, ÇIXIŞLAR EDİLDİ – YENİLƏNİB – (4)

Bu gün, 11 iyun 2023-cü il tarixində, günorta saatlarında-15:00-da Kürdəmir rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi, MAXE, ailənin iki oğlan övladından biri, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, üç medal və bir ordenli, idmançı Adəm Əliyevin xatirəsinə həsr olunmuş yunan-roma güləş növü üzrə yarış keçirilib.

Etikxeber.az xəbər verir ki, “Aran” idman kompleksində baş tutan yarışda Şəhidin anası Akifə Ağayeva, Kürdəmirli, Şirvanlı, Bakı-Ağcabədili Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, gənc sənətçilər-ifacılar, uşaqlar və yeniyetmə idmançılar, məktəblilər və digər şəxslər iştirak ediblər.

Yarışın təşkilatçısı “Məhsul” KKHKİCKürdəmir rayon Gənclər və İdman İdarəsi olub.

Əvvəlcə yarış iştirakçıları-yeniyetmə idmançılar alqış sədaları altında Şəhidin şəkilləri olan bayraqlarla yarış keçirilən zala daxil olublar.

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni səsləndirilib.

Şəhidin anası Akifə Ağayeva öz növbəsində yarışın təşkilatçılarına və iştirakçılarına, o cümlədən Kürdəmirli idman müəllimi-məşqçi Hicran müəllimə özü, ailəsi adından minnətdarlığını bildirib.

Övladı, Şəhidi ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Qeyd edib ki, belə bir yarışın keçirilməsi az da olsa, Şəhidin ruhunu şad edəcək, sevindirəcək.

Daha sonra yarışa start verilib, yeniyetmə idmançılar yarışıb, öz məharətlərini nümayiş etdirib, güclərini sınayıblar.

Yarışın qaliblərinə hədiyyələr və diplomlar təqdim olunub.

***

Yarışdan sonra isə bədi hissə olub.

Bədii hissədə bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha Dövlət himni səsləndirilib.

Bədii hissədə eyni zamanda, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.

Gənc sənətçilər-ifaçılar Vüsal Xəyal, Səbuhi Biləcərili, Fərid Kərimli və digərləri öz ifaları ilə tədbirə-bədii hissəyə xüsusi rəng qatıblar.

Həmçinin, çıxışlar edilib, Şəhidin İgidliyi Qəhrəmanlığından danışılıb.

Ailəsinə, anasına Allahdan səbr və dözüm arzulanıb.

Bədii hissədə həm də kövrək, duyğulu anlar yaşanıb.

İştirakçılar göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, yarış və bədii hissə 5 saatdan çox çəkib.

***

FOTOLAR:

***

20:47

***

21:23

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB

Read Next

Ailənin tək və subay oğlu olan, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏHƏMMƏD İSMAYILZADƏNİN BU GÜN 27 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir