Kurts hökuməti kiminlə böləcək?

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Avstriya Xalq Partiyası (ÖVP) qalib gəldikdən sonra yeni hökumətin hansı partiya ilə qurulacağı məsələsi əsas suala çevrilib.

Etikxeber.az məlumat verir ki, seçkilərin ilkin nəticələrinə görə, 37,1 faizlə qalib gələn ÖVP sədri Sebastian Kurts dövlət başçısından yeni hökuməti qurmaq üçün mandat alacaq.

Lakin parlamentdə əksər səs çoxluğuna malik olmaq üçün onun koalisiya tərəfdaşına ehtiyacı var.

Parlamentdə 73 mandatla təmsil olunacaq ÖVP mütləq səs çoxluğu üçün üç partiya arasında seçim edə biləcək. Bu isə qarşıdakı koalisiya danışıqlarında Sebastian Kurtsun seçim imkanlarını asanlaşdıra bilər.

kurts

183 yerlik parlamentdə mütləq səs çoxluğunu yarada bilmək üçün yeni hökumət azı 92 deputatın cəmləşdiyi koalisiyadan ibarət olmalıdır. Bu koalisiya isə Avstriya Sosial-Demokratlar Partiyası (41 mandat), Avstriya Azadlıq Partiyası (32 mandat) və “Yaşıllar” Partiyası ilə (23 mandat) mümkündür.

Seçkilərdə ikinci yer tutan sosial-demokratların koalisiya danışıqlarında daha yaxşı şanslara sahib olduqları bildirilir. Lakin siyasi müşahidəçilər hesab edir ki, digər partiyalarla formal xarakterli danışıqlardan sonra S.Kurts sağçı-radikal Avstriya Azadlıq Partiyası ilə koalisiyaya girəcək. Yaşıllarla koalisiya danışıqları aparılsa da, bu danışıqların siyasi proqramlardakı ciddi fərqlər səbəbindən müsbət yekunlaşmayacağı da proqnozlaşdırılır.

Avstriyada yeni hökumətin formalaşması bu ilin sonunadək uzana bilər.

Etikxeber.az

Read Previous

Daha 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir – BAKIDA

Read Next

Musson yağışları 134 can aldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir