“Laçın da daxil olmaqla bütün işğal edilmiş ərazilərimiz işğaldan azad ediləcək”-VİTSE-SPİKER

1992-ci il mayın 18-də Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 80 minə nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.

Etikxeber.az-ın xəbərinə görə, bunu vitse-spiker Adi Əliyev qeyd edib.

“Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın bu təcavüzkar siyasətinə hüquqi qiymət vermiş, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılmasını öz qətnaməsi ilə təsdiq etmişdir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Laçın da daxil olmaqla bütün işğal edilmiş ərazilərimiz işğaldan azad ediləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclası: SEYFULLA ƏZİMOVUN HESABATI DİNLƏNİLƏCƏK, ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI QANUNVERİCİLİYƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏK…-YENİLƏNİB

Read Next

“Müqəddəs torpaqlarımız bizi qisasa səsləyir…”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir