Litvanın yeni prezidenti kim olacaq?

Litvada mayın 12-də keçiriləcək prezident seçkiləri ərəfəsində son rəy sorğusunun nəticələri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, “Baltixos tirimai” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə ilk turda prezidentliyə namizədlər arasında heç kimin mütləq səs çoxluğu əldə edəcəyi gözlənilmir.

Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin əsas liderlər hesab edilən Gitanas Nausedaya 21,1, İnqrid Şimoniteyə 19,5, Saulyus Skvernyalisə isə 18,4 faizi səs verəcəyi açıqlanıb.

Sorğu iştirakçılarının 23 faizi seçkilərə getməyəcəyini bildirib.

litvaaa

Bu cavabı verənlər, əsasən 30 yaşadək olan gənclərdir. 8,2 faiz respondent isə seçkilərə gedəcəyini lakin kimə səs verəcəklərinə dair qəti qərar vermədiklərini bildiriblər.

Etikxeber.az

Read Previous

Prezidentlə Birinci vitse-prezident Arif Məlikovla vida mərasimində iştirak etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsini ziyarət etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir