Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.
Etikxeber.az