Məhkəmələrdə baxılan problemli kreditlərin icraatı təxirə salınıb – RƏSMİ

Azərbaycan prezidenti cənab İlham Əliyevin problemli kreditlərlə bağlı fərman imzalayıb. Fərman imzalandığı gündən məhkəmələrdə baxılan problemli kreditlərin icraatı təxirə salınıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev qeyd edib ki, Fərmanın icrası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə İşçi Qrupu yaradılıb.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev isə bildirib ki, fərman dərc olunan gündən bank nümayəndələri ilə dəfələrlə görüş keçirilib:

“Cənab prezidentin imzaladığı fərman 10 min dollar və 17 min manata qədər borcu olan vətəndaşa şamil olunacaq. Amma bir vətəndaşın bir yox, bütün banklarda toplanan borclarının ümumi dəyəri nəzərdə tutulur. Bu isə geniş prosesdir.

Araşdırma dəqiq aparılmalıdır və buna görə də proseslər dayandırılıb. Ali Məhkəmə olaraq biz kənarda dayanmamışıq, əksinə, hüquqi cəhətdən istiqamətlərimizi vermişik”.

Etikxeber.az

Read Previous

89 iş üzrə 106 nəfər barədə bəraət hökmü çıxarılıb – RAMİZ RZAYEV

Read Next

“Teleməkanda olan vəziyyət hər birimizi narahat edir və etməlidir…” – SİYAVUŞ KƏRİMİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir