Məktəblərdə “Zəfər tarixi”-TƏDRİS OLUNACAQ – YENİLƏNİB

Azərbaycanda 2021-2022-ci tədris ili üçün tətil günləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

***

Eyni zamanda, bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

Əmrdə qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.

Etikxeber.az

Read Previous

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin verilmə müddəti-SENTYABRIN 1-DƏK UZADILDI – QƏRAR

Read Next

Daha 2945 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir