“MƏN DEMƏMİŞƏM Kİ…” – Tahir Rzayev də danışdı

Mən son açıqlamamda (Etikxeber.az-a açıqlamasını nəzərdə tutur-red) siyasi partiyalar, xüsusilə də, parlamentdəki partiyalar, parlament müxalifəti və onların təmsilçiləri, müxalif deputat həmkarlarım haqqında heç bir fikir söyləməmişəm. Onları düşmən adlandırmamışam, düşmənçilikdə ittiham etməmişəm. Mən, sadəcə, həmkarımız hörmətli Siyavuş Novruzovun bəzi sabiqlərlə, sabiq nazirlərlə bağlı fikirlərinə münasibət bildirmişəm.

Ad çəkmədən də qeyd etmşəm ki, hamısı yox, bəziləri vəzifədən gedən sonra kənara çəkilirlər, nə iqtidar, nə dövlətçiliyimiz, nə də özləri haqqında deyilənlərə, hədyanlara cavab verirlər.Heç bir mövqe, münasibət ortaya qoymurlar. Hansı ki,  uzun illər hakimiyyətdə təmsil olunduqlarına görə, mövqelərini bildirməli, sözlərini deməlidirlər. Mən bunu demişəm.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

yap-11

“Mən həm də iqtidara qarşı söyüş, böhtan yağdıranları, “söyüş” müxalifətini qeyd etmişəm və hər kəsi də səsləmişəm ki, onlara cavab versinlər. Çünki bu dövlət, bu vətən hamımızındır, hər birimizin də üzrərinə düşən məsuliyyət var”-deyən T. Rzayev bir daha qeyd edib ki, o, parlamentdəki partiyalar, parlament müxalifəti haqqında heç bir fikir səsləndirməyib.

“Hər kəs də mənim  açıqlamamı bir daha təkrar gözdən keçirə bilər. Mən orada heç bir partiya, xüsusilə, parlamentdə təmsil olunanlar haqda heç nə deməmişəm. Əksinə, hesab edirəm ki, onlar da Azərbaycanda gedən inkişafa, ölkə prezidentinin müdrik və uzaqgörən siyasətinə dəstəklərini veriblər, bu gün də verməkdədirlər.

Onların  da bu addımı, bu davranışı əsl konstruktiv müxalifətçilikdir, əsl partiyaçılıqdır və hörmətə layiqdir. Pariyamızın-Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi və sədr müavini hörmətli Əli Əhmədovun da həmin partiyalarla bağlı fikirlərini bölüşürəm və dəstəkləyirəm. Onlarla yüzdəyüz razıyam…”-deyə, T. Rzayev sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az  

Read Previous

Millimiz bu dəfə Gürcüstanla qarşılaşacaq – BU GÜN

Read Next

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verilir – BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir