“MAN” minik avtomobili ilə toqquşdu, 1 nəfər öldü, 5 nəfər yaralandı

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Etikxeber.az  APA-nın Mil-Muğan bürosuna istinadən  məlumat verir ki, “MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını “Mercedes” markalı 66 BJ 952  dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Etibar Əsədli Parisdə konsert verdi

Read Next

Millət vəkili idmanda da ikili standartlara yol verilməsinə qəzəbləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir