Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İngiltərənin “Mançester Yunayted” klubunun iki aparıcı futbolçusu sıradan çıxıb.
Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, müdafiəçi Erik Bayi və hücumçu Markus Reşford Premyer Liqanın 36-cı turunda “Çelsi” ilə görüşdə zədələniblər.
Markus Reşford 65-ci, Erik Bayi isə 71-ci dəqiqələrdə əvəzlənməli olublar. E.Bayinin zədəsi ciddi olduğundan onun üçün mövsüm artıq bitib. M.Reşfordun vəziyyəti haqqında isə hələlik tam məlumat verilməyib.
Qeyd edək ki, Reşford cari mövsümdə “Mançester Yunayted” klubunun heyətində keçirdiyi 45 oyunda 13 dəfə fərqlənməyi bacarıb. Erik Bayi isə 18 dəfə meydana çıxıb.
Etikxeber.az