“Masaların arasında məsafə 2 metrdən, masalarda insanlar arasında məsafə 1 metrdən az olmamalıdır…”-İLQAR MUSTAFAYEV – YENİLƏNİB – (1)

Bu gün saat 00.00-dan xüsusi karantin rejimindən çıxışın yeni mərhələsi başlayıb.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Bakıda ictimai nəqliyyat, parklar, bulvarlarla bağlı yeni həyat başlayır:

“İndiyə qədər Bakıda xüsusi karantin rejimi, karantinlə bağlı işlər görülüb. Bu gündən Bakıda yaranan rejimlə bağlı əhalinin məlumatlandırılmasına ehtiyac var”.

***

“Artıq 2 aydır ki, karantin şəraitində yaşayırıq”.

Bunu isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E. Əzizov deyib ki, bu vəziyyət Bakıda İcra hakimiyyətləri qarşısında yeni çağırışlar qoyur:

“Bu çağırışlara Bakı Şəhər İcra Hakimiyyətinin strukturları hazır oldular. Bunun səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik Azərbaycan dövləti modelinin yaranmasıdır”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda yeni tipli modul xəstəxanaların tikintisinə başlanıb, ərzaq ehtiyacları təmin olunub: “Ümumdünya Səhiyyə Təşkilatı da görünən işləri yüksək qiymətləndirib. Müqayisə aparsaq, 10 milyon əhalisi olan Azərbaycanda koronavirusa yoluxanların sayı 3 minə, 2,9 milyon əhalisi olan Ermənistanda 4 minə çatıb”.

E. Əzizov nəzərə çatdırıb ki, Bakıda dezinfeksiya işləri hələ ölkədə xəstəlik aşkarlanmamışdan əvvəl başlanıb:

“Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min 700 bina var, bu binalarda 2 həftədən gec olmayaraq dezinfeksiya işləri aparılır. Küçə və prospektlər xüsusi maddələrlə yuyulur”.

“İki ay ərzində Bakı bulvarında dezinfeksiya işləri mütəmadi aparılıb”. 

Bunu da Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.

İ. Mustafayev deyib ki, bulvarda müxtəlif nadir bitkilər var, bulvar dövlət tərəfindən qorunur:

“Ötən dövrdə bu bitkilərə də qulluq edilirdi. Bu gün saat 00.00-dan bulvar açılıb. Bulvarda 10 nəfərdən artıq toplaşma olmamalıdır. İnsanlar ictimai iaşə obyektlərində sosial məsafəni gözləməlidir. Masaların arasında məsafə 2 metrdən, masalarda insanlar arasında məsafə 1 metrdən az olmamalıdır. Biz buna nəzarət edəcəyik”.

Dənizkənarı Bulvar İdarəsinin rəisi qeyd edib ki, əyləncə, atraksionlar və idman qurğuları, uşaq əyləncə qurğuları fəaliyyət göstərməyəcək:

“Ümidvaram ki, hər birimiz məsuliyyəti dərk edəcəyik”.

***

“Bayram günlərində mütləq məhdudiyyət olması ilə bağlı tələb yoxdur”-deyən İ. Məmmədov bildirib ki, bu, bir çağırışdır:

“Bayram günləri ilə bağlı bu gün belə məhdudiyyət yoxdur”.

Onun sözlərinə görə, obyektlərin açılması ilə bağlı bir ardıcıllıq gözlənilir: “Gələcəkdə idman obyektləri də açıla bilər. Mərhələ-mərhələ yumşalma daha effektifdir”.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yoluxma artsa, bayram günlərində hərəkətin məhdudlaşdırılması işə bağlı təkliflə çıxış edilə bilər.

İ.Məmmədovun dediyinə görə, bu təcrübə qardaş Türkiyədə də tətbiq olunur:

“Azərbaycanda da yoluxma artsa, bundan istifadə edilə bilər”.

Etikxeber.az

Read Previous

Daha 113 yeni yoluxma-QEYDƏ ALINDI…

Read Next

Putin İlham Əliyevə telefonla zəng-ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir