Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən Etikxeber.az-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin cəsədini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Etikxeber.az