May ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub-RƏSMİ

Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.

Etikxeber.az  məlumat verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir: 

“Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”-deyən icra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub:

 “Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç olacaq. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

Etikxeber.az

Read Previous

Fransa və Yunanıstanın Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş kampaniyaları narahatlıq doğurur-XİN

Read Next

Ailənin tək, subay və ali təhsilli oğlu, 25 yaşlı, İkinci Vətən Müharibəsi iştirakçısı, Qazi-GORANBOYLU KƏNAN SƏMƏDZADƏNİN SƏHHƏTİNDƏKİ CİDDİ PROBLEMLƏR DAVAM ETMƏKDƏDİR, MÜALİCƏSİNİ DAVAM ETDİRMƏSİ ÜÇÜN DÖVLƏT SƏVİYYƏSİNDƏ CİDDİ MALİYYƏ DƏSTƏYİ LAZIMDIR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir