Medalı əlindən geri alınan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ORXAN NƏBİYEVİN VETERANLIQ VƏ MEDAL HAQQI TANINACAQMI, ƏDALƏT BƏRPA OLUNACAQMI? – FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından olan onlarla, bəlkə də yüzlərlə Qəhrəman Qızılhacılılıdan biri də Orxan Elxan oğlu Nəbiyevdir.

Torpaqlarımızın işğaldan azad olunmasında, Qarabağımızın dağlı-aranlı Azərbaycanla bütövləşməsində əməyi, zəhməti, fədakarlığı olan Qəhrəman Goranboylulardan, 3 Milli Qəhrəmanı, 1 Vətən Müharibəsi Qəhrəmanı, saysız-hesabsız Qazisi, 40-a yaxın Şəhidi olan Qəhrəman Qızılhacılının Mərd, Vətən sevdalısı övladlarından biri də evin-ailənin tək oğlu Orxan Elxan oğludur.

Orxan Elxan oğlu Nəbiyev 1997-ci ilin 4 aprel tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək və subay oğludur.

Orxan 2003-2014-cü illərdə Qızılhacılı qəsəbə Şəhid Mahir Dosiyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb.

Orta təhsilini başa vurduqdan, 18 yaşı tamam olduqdan sonra, 2015-ci ilin aprel ayının 6-da həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Ağdam kəndində yerləşən “N” saylı hərbi hissədə xidmət keçib.

2016-cı ilin oktyabr ayında isə təxris olunaraq, yenidən evinə-ailəsinə dönüb.

İşləyib, çalışıb, ailəsinə dəstək olmağa çalışıb.

Və bir Vətən sevdalısı kimi 2020-ci ilin 29 sentyabr tarixində səfərbərliyə cəlb olunub, Vətənin müdafiəsinə atılıb.

Tərtər-Suqovuşan-Ağdərə istiqamətində qanlı döyüşlərdə vuruşub, ölümlərdən dönüb.

Suqovuşanın erməni işğalından azad olunmasında iştirak edib.

İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən sonra da Vətənin keşiyində dayanıb və 2021-ci ilin yanvar ayının 9-da təxris olunaraq, yenidən evinə dönüb.

Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə” medalına layiq görülsə də, təxminən 8-9 aydan sonra Goranboy rayon Hərbi Komissarlığına çağırılıb və medalı ondan geri alınıb.

“Səbəb” də bu göstərilib ki, səhvlik olub, adıçəkilən medal səhvən ona təqdim edilib, əslində həmin medal Samux rayonundan olan və onunla eyni ad-soyadı daşıyan Orxan Elxan oğlu Nəbiyevə məxsus imiş…

Və üstəlik 3 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Orxanın veterenlıq Haqqı da tanınmayıb.

Ona nə veteranlıq vəsiqəsi, nə də Haqqı olan “Vətən müharibəsi iştirakçısı” medalı verilib.

Ümumiyyətlə, ötən müddətdə heç bir səbəb göstərilmədən Vətən sevdalısı Orxanın medal və veteranlıq Haqqı tanınmayıb.

Orxan isə başına gələn haqsızlıqla bağlı aşağıdan-yuxarıya – Müdafiə Nazirliyinin (MN) bütün srtukturlarına, digər dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlayıb.

Ona verilən cavabı isə sadəcə, bu olub ki, “proses gedir, məsələ nəzarətdədir, araşdırılır”.

Digər dövlət qurumu isə daha da “irəli” gedərək Orxanın şəxsiyyət vəsiqəsində hansısa “səhvin” olması ilə məsələni “əsaslandırmağa” cəhd edib.

Eyni zamanda, Orxanın və valideynlərinin Prezident Administrasiyasına müraciətləri də bugünədək cavabsız qalıb.

Orxan və ailəsi isə bu ədalətsizliklə, bu haqsızlıqla barışa bilmir…

Necə də barışsınlar, necə də bu ədalətsizliyi, bu məsuliyyətsizliyi qəbul və həzm etsinlər???!!!…

Mümkün deyil!

Ona görə Orxan və ailəsi gec də olsa, baş vermiş ədalətsizliyin, haqsızlığın aradan qaldırılmasını istəyirlər.

Bəli, axıracan haqlıdırlar.

Evin-ailənin tək oğlunun həm medal(lar), həm də veteranlıq Haqqı tanınmalı, ədalət bərpa edilməlidir.

Ümid etmək və inanmaq istərdik ki, belə də olacaq, Orxan Nəbiyevin Haqqı bərpa olunacaq, ona qarşı edilmiş haqsızlıq aradan qaldırılacaq!

Məsəl var ki, ziyanın yarısından qayıtmaq da kardır!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Read Next

“Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur”-ƏLİYEV SUYOKU TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir