Mehman Hüseynova anası ilə görüşməyə icazə verilmədi…

Mehman Hüseynova anası ilə görüşməyə icazə verilmədi. Bu gün Mehman Hüseynovun anası onunla görüşmək üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına (Şüvəlan Təcridxanası) getsə də qanunsuz olaraq görüş verilməyib. Bildirilib ki, məhkəmədən məktub verilməlidir ki, məhkəmə Mehman Hüseynovun anası ilə görüşməsinə etiraz etmir.

Etikxeber.az xəbər verir ki, bunu vəkil Elçin Sadıqov deyib.

O, deyib ki, təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur:

“Belə ki, Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə görüşə məhdudiyyət qoyulması barədə cinayət təqibini həyata keçirən orqanın qərarı yoxdursa bütün hallarda həbsdə saxlanılan şəxsə qohumları və mənafeyi kəsb edən şəxslərlə həftədə bir dəfə görüşməsinə şərait yaradılmalıdır”.

Etikxeber.az

Read Previous

Kür çayında suyun səviyyəsi artıb – NAZİRLİK

Read Next

“Mən nə üçün üzr istəməliyəm?” – RƏHİMZADƏDƏN NÖVBƏTİ YANLIŞLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir