Mehriban xanım Azərbaycanda və dünyada fəal, aydın mövqeyi ilə tanınır – MİRZƏZADƏ

“Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ölkədə islahatların daha da dərinləşməsinə və davamlı olmasına təkan verəcək”.

vahid-1
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ilə cəmiyyətin islahatlarla bağlı gözləntiləri doğrultmuş oldu.

Ona görə də bu, çox uğurlu bir sərəncamdır. Çünki Mehriban Əliyeva artıq beynəlxalq səviyyədə tanınmış siyasi bir xadimdir. O, artıq kifayət qədər siyasi təcrübə əldə edən şəxsdir. O baxımdan da, onun birinci vitse-prezident təyin olunması Azərbaycanın inkişafına, islahatların daha da dərinləşməsinə və davamalı olmasına öz töhfəsini vermiş olacaq. Onun təyinatı Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacaq” -deyə, millət vəkili vurğulayıb.

trend_aydin_mirzazade_albom_1

“Hörmətli Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə təbrik edirəm. Mehriban xanım Azərbaycanda və dünyada fəal ictimai-siyasi fəaliyyəti, uğurlu layihələri və aydın mövqeyi ilə tanınır”.

Bunu isə millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Etikxeber.az

Read Previous

“Mehriban xanım Əliyeva birinci vitse-prezident postuna ən layiqli namizəd idi” – PAŞAYEVA

Read Next

“Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir