Merkel Türkiyəyə-NİYƏ GƏLİB?

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edib.

Etikxeber.az məlumat verir ki, 24 yanvarda xanım Merkelin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşərək başda Liviya mövzusu olmaqla bölgə ilə bağlı bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər. 

A.Merkelin Almaniya-Türkiyə Ticarət Palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.

Eyni zamanda, Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin düşərgəsinin açılış mərasimində iştirak edəcək.

Etikxeber.az

Read Previous

Sahibə Qafarova-ŞƏMKİRDƏ YAŞAYAN RUSLARLA BİR ARADA – FOTOLAR

Read Next

Bu ölkədə deputat mandatlarının sayı azaldılacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir