Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bizim bəzi saytlar Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun öz doğmalarıyla necə davrandığını yox, liderlik keyfiyyətini, Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqeni qabartsalar, məncə, daha doğru olardı“.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Onun dediyinə görə, özəlliklə də rus dilində yazılan status və məqalələrdə İslam Kərimovun bu prinsipiallığını xalqımızın unutmayacağını vurğulamalı, eyni zamanda ermənilərin ötən əsrdə Özbəkistanda törətdikləri vəhşilikləri xatırlatmalıyıq:
“Biz dost və qardaş Özbəkistanın yeni rəhbərinin də mərhum Prezident Kərimovun Dağlıq Qarabağ məsələsinə yanaşmada tutduğu prinsipial siyasəti davam etdirməsini istəyiriksə, dövlət öz yerində, cəmiyyət olaraq da buna çalışmalıyıq. Fikrimcə, onun bir yolu da məhz az öncə dediyim məsələlərə diqqət yetirilməsindən keçir”.
Etikxeber.az