Millət vəkili ilə Qazinin duyğulu görüşü-KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR

Bir az olar ki, Milli Məclisdən (MM) qayıtmışam…

Hər zaman həssaslığı, duyarlılığı, insanpərvərliyi, xeyirxahlığı, təmənnasızlığı ilə seçilən-bacı qədər xətrini çox istədiyim, daim hörmət-ehtiram göstərdiyim Qənirə xanımla görüşdən gəlmişəm…

Qənirə xanım İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından, İgidlərindən olan, bədəninin bir neçə yerindən, xüsusilə, gözlərindən ağır yaralanan, bir gözü tam sıradan çıxan, bir gözündə hələ də problemlər yaşanan, təkcə 10 dəfə göz əməliyyatı keçirən…Qazi qohumum, əmim nəvəsi, qonuşumuz Şəmsi Sahib oğlu Hacıyevi görüşə dəvət etmişdi…

Elə bu yerdə qeyd edim ki, Şəmsi ilə bağlı bir neçə dəfə Fb səhifəmdə paylaşımlar etmişəm, sonuncu dəfə isə ötən həftə kənddə-Qızılhacılımda olarkən növbəti paylaşım etmişdim-Şəmsigilin evindən…

Üstündən heç bir saat keçməmiş Qənirə xanım mənə zəng edərək, Şəmsi ilə görüşmək, Bakıya yenidən əməliyyata gələrkən, onu görmək istədiyini bildirmişdi…

İnanın bu həssas münasibətə görə, sevincimin həddi-hüdudu yox idi…

Şəmsi də Qənirə xanımın dəvətini, istəyini çox xoş, isti və ürəkdən qarşıladı və bu gün birlikdə MM-ə, Qənirə xanımın görüşünə getdik…

Onu da bildirim ki, görüşə bir qədər vaxtından tez getmişdik, çünki ikimiz də gecikməyi sevmirik…

Ona görə bir qədər MM-in foyesində gəzişdik…

Bu zaman bizi kənardan görən hörmətli millət vəkillərimiz-Ziyafət Əsgərovla Nizami Səfərov bizə yaxınlşadılar…

Qazimizlə hal-əhval tutdular, Şəmsinin timsalında bütün Qazilərimizə can sağlığı, şəfa arzuladılar, onlardan nə asılıdırsa, hazır olduqlarını, əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər…

Çox səmimi və qısa, ayaqüstü bir söhbət oldu… Sonra foto çəkdirdik və Qənirə xanımın otağına, kabinetinə qalxdıq…

Qənirə xanımla da görüş, görüşümüz çox isti, çox səmimi, çox duyğulu bir görüş oldu…

İkinci Vətən Müharibəsindən, 44 günlük Zəfərimizdən, döyüşlərdən, İgidlərimizdən, onların Qəhrəmanlıqlarından, həm Birinci, həm İkinci Qarabağ savaşlarında Dastan yazan Tovuz, Goranboy, Qızılhacılı Qəhrəmanlarından danışdıq…

Qənirə xanım həm öz fikirlərini, düşüncələrini səsləndirdi, həm də Şəmsi balamızın fikirlərini dinlədi, ona səmimi ürək sözlərini, minnətdarlıq və təşəkkürlərini dilə gətirdi…

Bildirdi ki, Vətən uğrunda döyüşən hər bir İgidimiz, hər bir Qazimiz hər zaman xüsusi diqqət və qayğıya, həssas münasibətə layiqdir, onların zəhmətləri, xidmətləri heç nə ilə müqayisə edilə bilməz…

Şəmsi də görüş, səmimi qəbul üçün Qənirə xanıma öz minnətdarlğını bildirdi, bu görüşün heç zaman unudulmayacağını söylədi…

Görüşün sonunda Qənirə xanım İgidimizə hədiyyələr, eləcə də, rəhbəri olduğu MM-in Mədəniyyət komitəsi və üzvlərinin adından təşəkkürnamə təqdim etdi…

Var olun, sağ olun, Allah gözəl ürəyinizə görə, versin, əziz, dəyərli Qənirə xanım, Qənirə bacım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru və “525-ci qəzet”in parlament müxbiri

Etikxeber.az

Read Previous

İlham Rəhimov “Şöhrət” ordeni ilə təltif-OLUNDU

Read Next

Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının İkinci Üçtərəfli görüşünün İslamabad-BƏYANNAMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir