Millət vəkili iş adamına niyə-TƏŞƏKKÜR ETDİ?

Zərdabın Şəftəhal kəndindən, 2-ci qrup əlil Mirzəyev Yasin Ələddin oğlu 27 yanvar tatixində Əlvənd kəndində görüşümüzdə mənə müraciət edərək, kəndə qaz çəkilişi vaxtı Bakıda əməliyyat olunması, ailə üzvlərinin də bu səbəblə evdə olmaması və yaşadıqları evin kənddən bir qədər kənarda yerləşməsi (ev kəndin arealına daxil olmayıb) səbəbiylə qazlaşdırma prosesindən kənarda qaldıqlarını bildirdi və məsələnin həllinə köməklik göstərməyimi xahiş etdi. Həmin görüşdə iştirak edən, əslən rayonumuzun Şəftəhal kəndindən olan, hazırda Bakıda sahibkarlıq fəaliyyəti göstərən Ramil Mehdiyev qardaşımız elə həmin görüşdə Yasin Mirzəyevin evinə qaz çəkilişi xərclərini öz üzərinə götürdü. Bunu da qeyd edim ki, Ramil qardaşımız Bakıdan məhz bu görüşdə iştirak etmək üçün gəlmişdi və mənim də onunla ilk tanışlığım elə həmin gün oldu. Görüşdə çıxış etdi, ürək sözlərini dedi, mənimlə bağlı fikirlərini səsləndirdi. Görüşdən sonra elə klubun qarşısında bir xeyli söhbət etdik. Rayonumuz haqqındakı arzularını dilə gətirdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Elinə, obasına, vətəninə, dövlətinə sevgi və ehtiram dolu daha bir gəncimizin olması ilə fəxr etdim. Ancaq özü haqqında heç nə demədi. Ayrıldıqdan sonra öyrəndim ki, doğulub böyüdüyü torpaq üçün, doğma Mehdililər, Şəftəhal kəndləri və digər ətraf kəndlər üçün bu günə qədər bir çox xeyriyyə işləri görüb. Hər şey aydın idi. Deməli Yasin Mirzəyevə də kömək əlini uzatması həmin xeyriyyə işlərinin davamı imiş…

Elə bu əziz bayram günlərində, ilaxır çərşənbə günü, həmin evin artıq qazla təmin edildiyi xəbərini aldıq. Yasin çox sevincli idi. Mirzəyevlər ailəsinin bu ikiqat bayram sevincinə qatılır və növbəsini gözləyən bütün evlərimizin, kəndlərimizin tezliklə mavi yanacaqla təmin edilməsi üçün bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyimizi bildirirəm…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Baş nazir qərar verdi, bu dövlət qurumlarının əməkdaşları 1 aylıq-MƏZUNİYYƏTƏ GÖNDƏRİLDİ – SİYAHI

Read Next

Məzuniyyətə göndərilənlərin əməkhaqları tam şəkildə ödəniləcək-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir