Millət vəkilləri tətillərini yarımçıq qoyub, sabahdan Milli Məclisə toplaşacaqlar-DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏK, ÜMUMİLİKDƏ 6 MƏSƏLƏ MÜZAKİRƏYƏ ÇIXARILACAQ – YENİLƏNİB

Millət vəkilləri yay tətilini bir neçə günlük yarımçıq buraxaraq, yenidən parlamentə toplaşacaqlar.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, bu həftə 6-cı çağırış Milli Məclisin (MM) növbəti növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Bununla bağlı MM-in spikeri, professor Sahibə Qafarova tərəfindən müvafiq Sərəncam da imzalanıb.

MM-in növbədənkənar sessiyasının çağırılması isə bir neçə qanuna, ən əsası 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutat qanun layihəsinin müzakirəsi ilə bağlıdır.

Qeyd edək ki, dövlət büdcəsinə dəyişikliklər layihəsi əvvəlcə, sabah-avqustun 4-də MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər komitələrlə birgə iclasında müzakirə olunacaq.

Müzakirələrdə parlamentin komitələrinin üzvləri ilə yanaşı, bəzi nazirliklərin və dövlət qurumlarının rəhbər şəxslərinin də iştirakı gözlənilir.

Belə ki, iclasda Maliyyə naziri Samir Şərifovun, Hesabalama Palatasının sədri Vüqar Gülməmmədovun və digər rəsmi şəxslərin iştirakı ehtimal olunur.

İclasda aparılacaq geniş müzakirələrdən sonra qanun layihəsi MM-in növbədənkənar sessiyasının plenar iclasına (iclaslarına) tövsiyə olunacaq.

Növbədənkənar sessiyanın isə avqustun 5, 67-si tarixlərində 3 plenar iclasının keçirilməsi gözlənilir.

Çünki dövlət büdcəsinə dəyişikliklər layihəsi 3 oxunuşdan keçirilməli və bütövlükdə qəbul olunmalıdır.

Onu da qeyd edək ki, növbədənkənar sessiyaya S. Qafarova sədrlik edəcək.

Millət vəkilləri yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, bir-birilərindən iki metr aralıda əyləşəcəklər.

Deputalar sonra yenidən yay tətilinə döncəklər və bir də sentyabr ayının 15-də, MM-in növbəti payız sessıyası ilə geriyə, işə dönəcəklər.

07:58

***

MM-in növbədənkənar sessiyasının (ayın 5-də keçiriləcək plenar iclasın) gündəliyi məlum olub.

MM-in Mətbuat Xidmətindən verilən məlumata görə, gündəlikdəki məsələlər bunlardır:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Leysan yağdı-FAKTİKİ HAVA

Read Next

Ali və orta ixtisas üzrə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün-QEYDİYYAT BAŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir