Milli Cəbhə Partiyası-RAZİ NURULLAYEVİN PARTİYASININ ADI BELƏ OLDU – FOTO

Bu gün deputat Razi Nurullayev və tərəfdarları “Zoom” formatında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayını keçirib.

Etikxeber.az-ın məlumatına görə, qurultayda partiyanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.

Partiyanın adı Milli Cəbhə Partiyası (MCP) olaraq dəyişdirilib.

Bununla bağlı partiyanın bəyannaməsində deyilir:

“…AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik.Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür…”.

Etikxeber.az

Read Previous

“Su-həyat deməkdir, hər bir kəs bu məsələdə öz üzərinə düşən vəzifənin məsuliyyətini başa düşməli, problemin həllinə çalışmalıdır”-ELDAR İBRAHİMOV YAZDI

Read Next

Nərminə Mustafayeva-AZƏRBAYCANIN İSTANBULDAKI YENİ BAŞ KONSULU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir