Dekabrın 7-da Milli Məclisdə (MM) Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir.
Etikxeber.az xəbər verir ki, gündəliyə əsasən iclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, MM-in və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq.
Etikxeber.az